2018
Zamanın nəbzini tutaraq rəqəmsallaşmağa yönələn Poster MMC Azərbaycanda ilk olaraq damüstü LED monitorlarda reklam yayımına başlayır. Həmçinin bir çox standartlara cavab verən yolkənarı 4*3m ölçülü LED monitorların da sayı artırılır.
2006
Daha müasir və dinamik reklam qurğularına – skrollerlərə keçid başlanılır.
2005
Binaların fasad hissəsində panno tipli reklam qurğuları yerləşdirilməyə başlanır.
2000
Poster MMC öz fəaliyyət məkanını genişləndirərək Sumqayıt şəhərində də reklam qurğular yerləşdirir.
1999
Rusiyanın Sankt-Peterburq şəhərində istehsal olunan 6*3m ölçüdə prizmatron reklam qurğuları quraşdırılır.
1997
Poster MMC Azərbaycanda ilk çöl reklamı şirkətlərindən biri kimi fəaliyyətə başlayır. Bakı şəhərində bilbord və Almaniya istehsalı olan CLP formatlı reklam qurğuları quraşdırılır.